İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Fransa XİN: Rəsmi Paris Dağlıq Qarabağın müstəqilliyini tanımır

Fransa XİN: Rəsmi Paris Dağlıq Qarabağın müstəqilliyini tanımır

31.05.2015

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Fransanın mövqeyi aydın və dəyişməzdir. Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq və özünü oranın hakim dairələri kimi təqdim edən şəxslərlə heç bir əlaqəmiz yoxdur”.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Roman Nadal bu fikri nazirlikdə keçirilən mətbuat konfransında bildirib.

Nazirliyin sözçüsü rəsmi Parisin bu mövqeyini jurnalistin Azərbaycanın işğal altındakı ərazilərində Ermənistan tərəfindən qeyri-qanuni yaradılmış separatçı rejimin mayın 3-də “parlament seçkiləri” keçirməsi və “Dağlıq Qarabağ respublikası” “prezidenti”nin Fransaya səfəri, bu səfər çərçivəsində bir neçə fransız şəhərləri ilə “dostluq xartiyaları” imzalanmasına münasibət bildirməsi ilə bağlı sualı cavablandırarkən açıqlayıb.