İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Britaniya səfiri: “Qondarma Dağlıq Qarabağ rejimini tanımırıq vә onun nümayəndələri ilә heç bir әlaqәmiz yoxdur”

Britaniya səfiri: “Qondarma Dağlıq Qarabağ rejimini tanımırıq vә onun nümayəndələri ilә heç bir әlaqәmiz yoxdur”

02.06.2015

“Biz qondarma Dağlıq Qarabağ rejimini tanımırıq vә onun nümayəndələri ilә heç bir әlaqәmiz yoxdur".

APA-nın mәlumatına görә, bunu Böyük Britaniyanın Azәrbaycandakı sәfiri İrfan Sıddıq separatçı Dağlıq Qarabağ rejimi rәhbәrinin Fransadan sonra Böyük Britaniyaya sәfәr edәcәyi ilә bağlı mәsәlәyә münasibәt bildirәrkәn deyib.

Onun sözlәrinә görә, istәnilәn şəxs Britaniyaya sәfәr etmәk üçün pasport vә viza sәnәdlәri tәqdim etmәlidir: "Britaniya tәrәfindәn tanınan sәnәdlәri tәqdim edәn şәxslәrin sәfәr etmәsinin qarşısını almaq mümkün deyil. Sözügedәn şәxslәrin Britaniyaya sәfәri olsa belә, Britaniya hökumәti ilә heç bir görüşlәri planlaşdırılmayıb".