İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ATƏT-in fəaliyyətdə olan sədri: “Həmsədrlər konstruktiv yanaşma nümayiş etdirməlidirlər”

ATƏT-in fəaliyyətdə olan sədri: “Həmsədrlər konstruktiv yanaşma nümayiş etdirməlidirlər”

03.06.2015

“ATƏT Cənubi Qafqazda sabitliyin qorunmasında və regional aktorlar arasında etimad tədbirlərinin güclənməsində maraqlıdır”.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bunuATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

ATƏT sədri prosesin bütün iştirakçılarının üzərinə düşən öhdəliyi yerinə yetirmələrinin vacibliyini qeyd edib: “Ölkələr və həmsədrlər konstruktiv yanaşma nümayiş etdirməli, sülh yolu ilə problemin həllinə təkan verməlidir”.

O, beynəlxalq hüququn tətbiqində ikili standartların mövcudluğunu tənqid edib: “ATƏT-də sədrlik edən Serbiya dialoq istəyir və buna çalışır. Lakin Kosovo məsələsində çoxsaylı məqamlar var. Kosovo Serbiyanın razılığı olmadan birtərəfli şəkildə müstəqilliyini elan edib. Bu qərar bir sıra ölkələr, xüsusilə Qərb ölkələri tərəfindən verilib. Belə çıxır ki, beynəlxalq hüquq böyük dövlətlərin fəaliyyətindən asılıdır? Buna baxmayaraq, əsas məsələlərlə bağlı dialoq yoxdur”.

İ. Daçiç ATƏT məkanında mövcud hər bir münaqişənin özünəməxsusluğunu önə çəkib, onlara konstruktiv və ədalətli yanaşmanın sərgilənməsinin vacibliyini qeyd edib.