İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Fransa səfiri: “Bako Saakyanın Fransaya səfəri rəsmi xarakter daşımayıb”

Fransa səfiri: “Bako Saakyanın Fransaya səfəri rəsmi xarakter daşımayıb”

05.06.2015

“Biz Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanımırıq. Bako Saakyanın Fransaya səfəri rəsmi xarakter daşımayıb. Dünən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşəm və Fransanın mövqeyini onun diqqətinə çatdırmışam”.

APA-nın xəbərinə görə, bu sözləri Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanın Fransaya səfəri ilə bağlı sualı cavablandıran bu ölkənin Azərbaycandakı səfiri Paskal Mönye deyib.

P. Mönye ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə nə vaxt səfər edəcəkləri barədə dəqiq məlumata malik olmadığını söyləyib.

Xatırladaq ki, Azərbaycan B. Saakyanın Fransaya səfəri ilə əlaqədar bu ölkəyə etiraz notası göndərib.