İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Həsənov: “İlk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inanıram”

Əli Həsənov: “İlk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inanıram”

11.06.2015

“Azərbaycanda keçirilən yarışda Ermənistan idmançıları da iştirak edir. İlk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inanıram”.

APA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovsöyləyib.

Ə. Həsənov deyib ki, Ermənistandakı xalq bu ölkədəki separatçı düşüncəli insanların girovuna çevrililiblər: “25 ildir ki, 1 milyon insan qaçqın və köçkün vəziyyətində yaşayır, BMT-nin Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı 4 qətnaməsi var və bu sənədlər yerinə yetirilmir. Digər beynəlxalq təşkilatlar da münaqişənin ərazi bütövlüyü və Dağlıq Qarabağdakı insanların hüquqlarının qorunması ilə həllinin tərəfdarı olduqlarını bəyan edibləlr. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv yanaşması nəticəsində münaqişə davam edir, münaqişə tək bölgənin deyil, düynanın da təhlükəsizliyini təhdid edir. Biz vaxtında bəyan etdik ki, bu münaqişəyə göz yumulsa, zəncirvari münaqişələr baş verəcək. Bu gün Ukrayna və Balkanlarda baş verən hadisələr göstərdi ki, separatizmlə oynamaq olmaz, bu təhlükəlidir. Nə qədər Dağlıq Qarabağ problemi mövcudur, bölgədə və dünyada sülhün tam bərqərar olmasından danışmaq olmaz. Biz bir daha çağırış edirik ki, beynəlxalq hüquq normaları bütün münaqişələrin həllinə tətbiq olunmasa, belə münaqişələr bizi çox gözləyir ”.

no comment