İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan prezidenti: "Ermənistan beynəlxalq hüquq normalarını açıq şəkildə pozur"

Azərbaycan prezidenti:

22.06.2015

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması region üçün ən böyük təhlükə mənbəyidir”. 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezident İlham Əliyevmüqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü pozulub, 1 milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Xalqımıza qarşı Xocalı soyqırımı törədilib. İşğal olunmuş torpaqlarda bütün binalar dağıdılıb. Erməni vəhşiləri məscidlərimizi də dağıdıb, yerlə yeksan ediblər. Amma biz o torpaqlara qayıdandan sonra bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik”.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini tapmalıdır: “Ermənistan isə beynəlxalq hüquq normalarını açıq şəkildə pozur və BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir. Ancaq haqq-ədalət, o cümlədən tarixi ədalət və beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ədalət öz yerini tapacaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”. 

no comment