İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

BMT baş katibi: "Dağlıq Qarabağda atəşkəsin mütəmadi pozulması məni çox narahat edir"

BMT baş katibi:

23.06.2015

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının bugünkü plenar iclasında Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Ban Gi Mun Assambleya iştirakçıları qarşısında çıxış edib.

APA-nın Avropa müxbiri xəbər verir ki, daha sonra baş katib Assambleya üzvlərinin suallarını cavablandırıb.

Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Ermənistanın Azərbaycan ərazilərinin 20% işğal etdiyini, BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etməsinə baxmayaraq, işğalı hələ də davam etdirdiyini diqqətə çatdıraraq, Ermənistanın bu qətnamələri icra etməsi üçün BMT-nin hansı ölçülər götürə biləcəyinə dair baş katibə sual ünvanlayıb.

BMT-nin baş katibi Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağmünaqişəsinin yalnız sülh yolu ilə həll edilə biləcəyini söyləyib.

“Atəşkəsin mütəmadi pozulması məni çox narahat edir. Ermənistanla Azərbaycan arasında nələrin baş verdiyini görürük, Dağlıq Qarabağ bölgəsində demək olar hər gün hər iki tərəfdən insan itkiləri baş verir. Hər iki tərəfin istifadə etdiyi nifrət dolu bəyanatlar məni narahat edir. Bu ölkələr arasında gərginlik yüksəlməkdədir. Mən hər iki ölkəni münaqişənin sülh yolu ilə həll etməyə çağırıram. Hər hansı hərbi qarşıdurma iki ölkə və ümumilikdə bütün region üçün dağıdıcı olacaq, ağır nəticələrə gətirəcək. Bu münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Burada əsas ideya tərəflər arasında dialoqun aparılması və davamlı həllin əldə edilməsi üçün səylərin davam etdirilməsidir”, - deyə baş katib vurğulayıb.