İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

AŞ PA həmməruzəçisi: Azərbaycanın 20 faiz ərazisi işğal olunub, 1 milyondan artıq qaçqın və məcburi köçkünü var

AŞ PA həmməruzəçisi: Azərbaycanın 20 faiz ərazisi işğal olunub, 1 milyondan artıq qaçqın və məcburi köçkünü var

23.06.2015

Trend:

Azərbaycanın 20 faiz ərazisi işğal olunub və 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının ikinci iş günündə qurumun "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı hesabatının müzakirəsindən əvvəl çıxışında Assambleyanın Azərbaycan üzrə həmməruzəçi Tadeuş İvinski deyib.

O, qeyd edib ki, sözügedən hesabat onun üçün də çətin hesabat olub: “Bu, çətin bir iş oldu. Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə diqqəti çəkir. Ölkənin 20 faizi işğal olunub və 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu münaqişə bütün müzakirələrə hakimdir. Təəssüf ki, bu, bir həqiqətdir. Bu yaxınlarda Avropa İnsan Haqları Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” iş üzrə çıxardığı qərarda Ermənistanın Dağlıq Qarabağ və ona bitişik ərazilərə effektiv nəzarət etdiyini və nəticədə Laçın rayonunun Ermənistan yurisdiksiyası altında olduğunu təsdiq edib”.

Digər həmməruzəçi Pedro Aqramunt isə öz çıxışında təqdim olunan məruzənin tarazlaşdırılmış bur məruzə olduğunu diqqətə çatdırıb: “Düşünürük ki, tarazlaşdırılmış bir hesabat hazırlamışıq. Biz burada həqiqəti deyirik. Bu hesabat həqiqət, təşkilatın prinsiplərinə, bütün ölkələrin ərazi bütövlüyü və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarından irəli gələn prinsiplərə hörmət prinsipi əsasında hazırlanıb. Dövlətlərin ərazi bütövlüyü məsələsinə hörmət önəmli məsələdir".