İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan Ermənistanın iki pilotsuz uçan aparatını məhv edib

Azərbaycan Ermənistanın iki pilotsuz uçan aparatını məhv edib

04.07.2015

Azərbaycan Ermənistanın iki pilotsuz uçan aparatını məhv edib.

Trend-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Xatırladaq ki, bu ilin yanvar ayında da Ermənistanın pilotsuz uçan aparatı məhv edilmişdi.

Yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.

Qeyd edək ki, hərbi təyinatlı pilotsuz uçan aparat (PUA) hərbi robotun bir növüdür. Uçmaq üçün yaradılan bu sistemlərin məqsədlərinə insan üçün potensial təhlükəli olan missiyalar daxildir. Yəni, bu mobil aparat hər hansı məqsədin yerinə yetirilməsi üçün proqramlaşdırılıb.

no comment