İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Bahar Muradova ATƏT PA-nın iclasında erməni həmkarına cavab verib

Bahar Muradova ATƏT PA-nın iclasında erməni həmkarına cavab verib

06.07.2015

“Münaqişələrin tezliklə həll olunması üçün səylərimizi birləşdirməli, ərazi bütövlüyü və suverenliyə hörmət əsasında mehriban qonşuluq münasibətlərini saxlamalıyıq”. 

APA-nın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar MuradovaATƏT PA-nın növbəti sessiyası çərçivəsində keçirilən müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, artıq münaqişələrin həlli prosesində danışıqlar üçün rəsmi dəstək və ya “həllinə ümid etmək kimi” ifadələr çərçivəsindən çıxmaq lazımdır: “Biz münaqişə zonalarında “status-kvo”nun qəbuledilməzliyi ilə bağlı praktiki addımlar atmalıyıq.  ATƏT və onun Parlament Assambleyası nə qədər ki, gec deyil hərəkət etməlidir. Münaqişələr nəticəsində öz evlərindən didərgin düşmüş milyonlarla insanın əzabının davam etməməsi üçün təcili addımlar atılmalıdır”.

B. Muradova həmçinin Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyanın Azərbaycan prezidentinin İrəvanı və Zəngəzur mahalını da geri qaytaracağı ilə bağlı dediklərinə etirazına cavab verib: “Sizə isə cənab Geqamyan təşəkkür edirəm ki, bunu qeyd etdiniz. Azərbaycan İrəvan daxil olmaqla, həqiqətən öz tarixi torpaqlarına qayıdacaq. Buna əmin ola bilərsiniz”.