İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Dövlət Gömrük Komitəsi: Azərbaycanla Ermənistan arasında heç bir xarici ticarət əməliyyatları həyata keçirilmir

Dövlət Gömrük Komitəsi: Azərbaycanla Ermənistan arasında heç bir xarici ticarət əməliyyatları həyata keçirilmir

06.07.2015

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycandan Ermənistana mal ixracına dair məlumatlarla bağlı açıqlama yayıb.

DGK-nın mətbuat xidmətindənAPA-ya daxil olan məlumata görə, açıqlamada bildiri ki, son günlər bəzi yerli KİV-də Ermənistan Maliyyə Nazirliyinin gömrük xidmətinin hesabatına istinadən Azərbaycandan Ermənistana mal ixrac edildiyinə dair fakt yer alıb.

"Orada göstərilir ki, guya Azərbaycandan Ermənistana 600 dollarlıq mal idxal edilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur, ümumiyyətlə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında heç bir xarici ticarət (idxal-ixrac) əməliyyatları həyata keçirilmir", - deyə DGK-nın mətbuat xidmətinin açıqlamasında bildirilir.