İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Avropa İttifaqının xüsusi nümayəndəsi: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur”

Avropa İttifaqının xüsusi nümayəndəsi: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur”

07.07.2015

İrəvanda səfərdə olan Avropa İttifaqının Cənub Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Herbert Zalber Ermənistan xarici işlə naziri Edvard Nalbandyanla görüşüb.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylər müzakirə olunub.

Tərəflər münaqişənin həlli ilə bağlı Riqa sammitinin bəyannaməsində göstərildiyi kimi ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə və 2009-cu ildən bəri onların verdiyi bəyanatlara diqqət yetiriblər.

Aİ-nin xüsusi nümayəndəsi qeyd edib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur. H. Zalber təmsil etdiyi qurumun ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara dəstək verdiyini bir daha təsdiqləyib.