İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Bayram Səfərov: “Biz öz tərəfimizdən çox çalışdıq ki, erməni icması, daha doğrusu, əli qana batmayan ermənilərlə görüşək, alınmadı”

Bayram Səfərov: “Biz öz tərəfimizdən çox çalışdıq ki, erməni icması, daha doğrusu, əli qana batmayan ermənilərlə görüşək, alınmadı”

08.07.2015

“Biz öz tərəfimizdən çox çalışdıq ki, erməni icması ilə, daha doğrusu, sadə, əli qana bulaşmayan ermənilərlə görüşək, amma alınmadı”.

APA-nın məlumatına görə, bunu "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

B. Səfərov bildirib ki, Ermənistan rəhbərliyi görüş üçün imkan yaratmayıb: “Bu görüşün baş tutması üçün Ermənistan tərəfi heç bir şərait yaratmadı. Biz isə imkan olduqca əzəldən Dağlıq Qarabağda yaşayan ermənilərlə danış apamaq istəyirdik”.

B. Səfərov əlavə edib ki, hazırda Ermənistanda baş verən hadisələr beynəlxalq media tərəfindən yetərincə işıqlandırılmır: “Kütləvi informasiya vasitələrinin çoxu sanki bu hadisələri görmür. Bu da bizdə bir daha əminlik yaradır ki, ikili standart və ədalətsizlik var. Ermənilər mitinq keçirib öz hüquqlarını tələb etsələr də, baş verənləri qapalı saxlamağa çalışırlar”.