İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Erik Rubin: “Dağlıq Qarabağ münaqişəsinin iştirakçıları sülhə sadiq olduqlarını təsdiqləməlidir”

Erik Rubin: “Dağlıq Qarabağ münaqişəsinin iştirakçıları sülhə sadiq olduqlarını təsdiqləməlidir”

16.07.2015

“Dağlıq Qarabağmünaqişəsi iştirakçılarının məsələnin sülh yolu ilə həllində tərəqqi əldə edilməsinə bağlılıqlarını təsdiqləmələri vacibdir”.

APA-nın “News.am” saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin köməkçisinin müavini Erik Rubin Brukinqs İnstitutunda çıxışında deyib.

E. Rubin bildirib ki, münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur: “Biz bu məsələyə ədalətli, dinc, uzunmüddətli, qarşılıqlı faydalı qərarın əldə edilməsi mövqeyindən yanaşırıq. Məsələyə hamının məhz bu mövqedən yanaşması lazımdır, digər alternativlər isə o qədər dəhşətlidir ki, onları heç nəzərdən keçirməyə dəyməz”.

Amerikalı diplomat qeyd edib ki, nə qədər asan olmasa da, ABŞ tərəflərin sülhə bağlılıqlarını təsdiqləməsinə ümid edir: “Bu, sadə deyil: nizamlanmaya nail olmaq üçün tərəflərin bir sıra məsələlər üzrə çətin seçim etməsi lazım gələcək, elə ona görə də hələ razılıq əldə olunmayıb”.

E. Rubinin sözlərinə görə, ABŞ digər iki həmsədr – Rusiya və Fransa ilə birlikdəDağlıq Qarabağ məsələsini həllinə hər cür dəstək verəcək: “Biz birmənalı şəkildə bəyan edirik ki, vəziyyəti gərginləşdirməmək üçün hər iki tərəf mümkün olan hər şeyi etməlidir. Hazırkı gərgin və təhlükəli durumda insidentlərdən qaçmaq kritik önəmə sahibdir”.