İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan prezidenti: “Biz erməni lobbisinin əbədi düşməniyik, bunu heç kim yaddan çıxarmasın”

Azərbaycan prezidenti: “Biz erməni lobbisinin əbədi düşməniyik, bunu heç kim yaddan çıxarmasın”

21.07.2015

“Biz erməni təbliğatını ifşa etməliyik. Dünya ictimaiyyətinə çatdırmalıyıq ki, bizə qarşı hücumların arxasında nələr dayanır. Bu, çox sadə yanaşmadır ki, erməni lobbisi nə üçün bizə qarşı bu fəaliyyəti aparır. Bu, ilk növbədə düşmənçiliyə görədir, biz onların əbədi düşməniyik, bunu heç kim heç vaxt yaddan çıxarmasın”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, erməni lobbisi Azərbaycanda demokratiya olmadığını sübut etməyə çalışır: “Guya insan haqları pozulur və beləliklə, erməni azlığı gələcəkdə Azərbaycanın tərkibində yaşaya bilməz. Halbuki bu, tam cəfəngiyatdır. Azərbaycan çoxmillətli, çox konvensiyalı ölkədir. Bütün millətlərin, dinlərin nümayəndələri Azərbaycanda qardaşlıq şəraitində yaşayır. Ölkəmizdə unikal şərait yaradılıb və bu, bir çox ölkələr üçün nümunə ola bilər. Ancaq bu təbliğatın və anti-Azərbaycan kampaniyasının arxasında duran əsas tezis məhz bundan ibarətdir, yenə də Dağlıq Qarabağ münaqişəsidir. Ona görə də Azərbaycanı müasir, inkişafda olan, açıq, tolerant ölkə kimi dünya media məkanına təqdim etməliyik. Bununla bərabər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini, ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq”.