İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Həmsədrlər regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar

Həmsədrlər regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar

23.07.2015

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) Ermənistan və Azərbaycana səfərləri ilə əlaqədar birgə bəyanat yayıblar.

APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, bəyanatda həmsədrlərin Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüyü bildirilir.

“Yerevan və Bakıya səfərimiz zamanı biz son yüksək səviyyəli görüşlərimizi qeyd edərək  uzun sürən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki təkliflərimizi hər iki ölkə prezidenti ilə müzakirə etdik. Biz prezidentlərin ilin sonunda görüşməyə hazır olduğunu alqışladıq. Hər iki dövlət başçısı XİN rəhbərlərinə göstəriş verdilər ki, prezidentlərin görüşü üçün həmsədrlərlə işi davam etdirsinlər”,-  bəyanatda deyilir.

Həmsədrlər ötən aylar ərzində hər iki ölkədə keçirilən beynəlxalq tədbirlər ərəfəsində Ermənistan-Azərbaycan sərhədi və təmas xəttində nisbi sabitliyin qorunub saxlanılmasını alqışlayıb. “Lakin son günlər artan gərginlikdən narahatıq. Biz prezidentləri ölümlə nəticələnən zorakılığın artmasına yol verməməyə və atəşkəs rejiminə ciddi riayət etmək üçün bütün lazımi addımları atmağa çağırmışıq” - sənəddə bildirlir.

Bəyanatda həmçinin bildirilir ki, prezidentlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər barədə məlumatların mübadiləsinə dair öhdəliklərinə sadiq olduqlarını təkrar ediblər.