İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İngilis və rus dillərində “İşğal olunmuş istedadlar diyarı” adlı sənədli film çəkilib

İngilis və rus dillərində “İşğal olunmuş istedadlar diyarı” adlı sənədli film çəkilib

27.07.2015

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin (SİMİB) sədri Anar Xəlilovun verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın işğal olunmuş ərazilərində doğulan görkəmli şəxsiyyətlər” adlı ingilis və rus dillərində sənədli filmin hazırlanması ilə bağlı lahiyəhəsini başa çatdırıb.
 
“Layihə çərçivəsində ingilis və rus dillərində “İşğal olunmuş istedadlar diyarı” adlı sənədli film çəkilib. Film erməni saxtakarlığına qarşı Azərbaycanın Qarabağ Bölgəsinin tarixi şəxsiyyətləri haqqındadır. Layihədə işğal altında qalan ərazilərimizin Azərbaycana məxsusluğunun sübutu istiqamətində bu ərazilərdə doğulan yerli azərbaycanlılar arasında formalaşan tarixi şəxsiyyətlərin dünyaya və ölkəmizə verdiyi elmi, mədəni, ictimai-siyasi fəaliyyətləri ilə verdikləri töhvələr haqqında  məlumatlar öz əksini tapıbdır. Bu yaxınlarda saxtalığa alışmış erməni təbliğat maşını sosial şəbəkələrdə rus dilində “Qarbağın erməni şəxsiyyətləri” haqqında film yayıblayıblar. Filmdə saxta obrazlarla yanaşı, bəzi türk əsilli Azərbaycanın tarixi şəxsiyyətləri də erməniləşdirilərək təqdim olunub. Heç bir faktlara söykənməyən saxtakarlıqlarla dünya ictimaiyyətini çaşdırmağa səy göstərirlər. Hesab edirik ki, bu filmin hazırlanması ilə biz bu çirkin təbliğatın qarşısın alınması istiqamətində öz töhvəmizi vermiş olduq”,-deyə təşkilat sədri qeyd edib.
 
Xatırladaq ki, SİMİB buna qədər üç dildə "Qarabağ abidələri", "Qarabağ yaddaş" kitablarını, ingilis dilində Qarabağın Xristian abidələri kitabını, və ingilis dilində "Qafqazın konservatoriyası" və “Qarabağın mədəniyyət xəzinələri” filmlərini hazırlayıb ictimaiyyətə təqdim edib.