İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənilər Azərbaycanın sərhəd kəndlərini atəşə tutublar, bir nəfər yaralanıb, iki ev yanıb

Ermənilər Azərbaycanın sərhəd kəndlərini atəşə tutublar, bir nəfər yaralanıb, iki ev yanıb

03.09.2015

APA-nın qərb bürosunun verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli və Ağdamkəndlərini yandırıcı güllələrdən intensiv atəşə tutub.

Nəticədə Əlibəyli kəndində Tarıyel İsmayılov və Mayıl Ağacanova məxsus evlər yanıb. Əraziyə Tovuz rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib.

Erməni silahlı bölmələrinin acdığı atəş nəticəsində 1952-ci il təvəllüdlü Tofiq Kazımov isə qarın boşluğundan güllə yarası alıb. O, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Əməliyyat edilən kənd sakinin vəziyyətinin orta ağır olduğu bildirilir.

Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurub.