İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ceyms Uorlik: “Biz atәşkәsi möhkәmlәndirmək vә danışıqara münbit şərait yaratmaq üçün etimadı artıracaq tәdbirlәr tәklif edirik”

Ceyms Uorlik: “Biz atәşkәsi möhkәmlәndirmək vә danışıqara münbit şərait yaratmaq üçün etimadı artıracaq tәdbirlәr tәklif edirik”

03.09.2015

“İlin böyük bir dövründə Azәrbaycan-Ermәnistan sәrhәdindә vә tәmas xәttindә vәziyyәt stabil qalıb”.

Bu sözləri son vaxtlar cәbhә xәttindә baş verәn gәrginliklә bağlı APA-nın sualını cavablandıran ATӘT-in Minsk Qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik deyib.

C. Uorlik bildirib ki, ATӘT-in Minsk Qrupu hәmsәdrlәri dəfələrlə tәrәflәri gәrginliyi azaltmağa vә atәşkәs rejiminә ciddi әmәl etmәyә çağırıb: “Biz hәmçinin atәşkәs rejiminin möhkәmlәnmәsinә xidmәt etmək vә danışıqar prosesinә daha münbit şərait yaratmaq üçün qarşılıqlı etimadı artıracaq tәdbirlәr tәklif etmәyә davam edirik”.