İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ATƏT-in Dağlıq Qarabağda keçirilən "seçkilər"lə bağlı mövqeyi dəyişməz qalır

ATƏT-in Dağlıq Qarabağda keçirilən

04.09.2015

Bu barədə APA-ya ATƏT-in mətbuat xidmətindən işğal olunmuş Azərbaycan ərazisində separatçı rejimin “yerli özünüidarə orqanlarına seçkilər” keçirməsi ilə bağlı planlarına münasibət bildirilərkən məlumat verilib.

Mətbuat xidməti ATƏT-in Minsk qrupu həmsədrlərinin 30 aprel 2015-ci il bəyanatlarını da xatırladıb: “Həmin bəyanatda göstərildiyi kimi münaqişənin hərtərəfli həlli kontekstində biz Dağlıq Qarabağ xalqının öz müqəddəratının təyin etmək rolunu qəbul edirik. Lakin nə 3 həmsədr ölkə, nə də başqa ölkələr Dağlıq Qarabağı müstəqil və suveren ölkə kimi tanıyır. Həmsədrlər keçiriləcək “seçkilər”in nəticələrinin Dağlıq Qarabağın hüquqi statusunu dəyişəcəyini qəbul etmirlər. Bu heç bir halda Dağlıq Qarabağın son statusunu və ya Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və sülh yolu ilə həlli üzrə danışıqlar prosesinin nəticələrini əvvəlcədən müəyyən etmir”.