İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Anjey Kaspşik cəbhədəki gərginliyi müzakirə etmək üçün Bakıya gəlir

Anjey Kaspşik cəbhədəki gərginliyi müzakirə etmək üçün Bakıya gəlir

07.09.2015

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin son vaxtlar intensiv pozulması və itkilərin artması hallarından narahatdır.

Bu barədə APA-ya ATƏT-in baş ofisindən məlumat verilib.

Ofisdən bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi bu həftə Azərbaycana səfər edəcək: “Səfir Anjey Kaspşik ATƏT-in Minsk Konfransına uyğun olaraq davamlı şəkildə mandatının funksiyalarını yerinə yetirmək üçün regiona səfər edir. O, Azərbaycana bu həftə reallaşdıracağı səfər zamanı Bakıda görülər keçirəcək. Kaspşik həmçinin mütəmadi olaraq vəziyyəti monitorinq etmək üçün ön cəbhəni ziyarət edir. O, atəşkəs rejiminin pozulması və itkilərin artması hallarından narahatdır”.

Xatırladaq ki, sentyabrın 4-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinqdə iştirak edib. O 5 sentyabrda Ermənistanda olub və Ermənistan prezidenti Serj Sarkisyan ilə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.