İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Böyük Britaniya Dağlıq Qarabağda qondarma "seçkilər"i tanımır

Böyük Britaniya Dağlıq Qarabağda qondarma

08.09.2015

Böyük Britaniya Dağlıq Qarabağı dövlət kimi tanımır və müvafiq olaraq qarşıdakı qondarma "seçkilər"in hüquqi çərçivələrini tanımır".

Bunu Trend-ə Böyük Britaniyanın Bakıdakı səfirliyindən separatçı rejimin sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərində “özünüidarə orqanları”na qanunsuz “seçkilər” keçirməyi planlaşdırması məsələsini şərh edərkən deyiblər.

Səfirlikdən bildiriblər ki, Böyük Britaniya hökuməti ATƏT-in Minsk qrupunun və bütün tərəflərin münaqişənin təhdid və ya silahdan istifadədən imtinanın əsas prinsipləri əsasında davamlı həllinə nail olmaq üzrə əməli səylərini, eləcə də ərazi bütövlüyünü və millətlərin öz müqəddəratını təyinetmə prinsiplərini dəstəkləyir. Bu mövqe daha əvvəl - mayda qondarma "parlament seçkiləri"ndə ifadə edilib və mövqeyimiz dəyişməyib".