İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ABŞ Dağlıq Qarabağda keçiriləcək qondarma "seçkilərin" nəticələrini tanımır

ABŞ Dağlıq Qarabağda keçiriləcək qondarma

11.09.2015

ABŞ hökuməti sentyabrın 13-də Dağlıq Qarabagda keçiriləcək qondarma "seçkilərin" nəticələrini tanımır.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi deyib.

"Biz münaqişənin tammiqyaslı həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyən etmək üçün rolunu qəbul edirik. Lakin ABŞ Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır və biz sentyabrın 13-də keçiriləcək qondarma "seçkiləri" regionun hüquqi statusuna təsir edən amil kimi qəbul etməyəcəyik", — deyə o bildirib.