İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ISESCO Ermənistanın Dağlıq Qarabağda “seçki” keçirməsini pisləyib

ISESCO Ermənistanın Dağlıq Qarabağda “seçki” keçirməsini pisləyib

11.09.2015

ISESCO Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən seçkilərin keçirilməsini pisləyən bəyanat yayıb. 

Təşkilatdan APA-ya verilən məlumata görə, ISESCO bu “seçkilər”in beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurası, ATƏT, İƏT kimi təşkilatların qətnamələrinə uyğun olmadığını hesab edir və bildirir ki, Azərbaycanın işğal olunmuş torpaqlarında işğalçı qüvvə olan Ermənistanın suverenlik aktı sayılan hər hansı addım atmağa ixtiyarı yoxdur:

“Eyni zamanda biz məscidlərin, tarixi abidələrin işğalçı Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılmasını pisləyirik. Biz Azərbaycanla həmrəy olduğumuzu və Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmaq hüquqa malik olduğunu bir daha təsdiqləyirik”.