İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Malayziya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyəcək

Malayziya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyəcək

16.09.2015

“Malayziya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib və gələcəkdə də dəstəkləyəcək”. Trend-in məlumatına görə, bunu Malayziyanın Azərbaycandakı səfiri Roslan Abdul Rahman keçirdiyi mətbuat konfransında deyib.

Səfir deyib ki, Malayziya İslam həmrəyliyi ənənələrinə uyğun olaraq İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəli sürülən qətnamələri dəstəkləməyə davam edir.

Səfirin sözlərinə görə, Malayziya 19 iyun 2014-cü il tarixində İƏT-ə üzv olan Xarici İşlər Nazirləri Şurası tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul edilən qətnaməni tam dəstəkləyir: “Biz beynəlxalq ictimaiyyəti bu münaqişənin ədalətli həlli istiqamətində çalışmağa çağırırıq. Malayziya BMT Baş Assambleyasının 62/243 saylı “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnaməsinin kosponsorudur. Malayziya ədalətli həll yolu ilə tapılıncaya qədər Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləməyə davam edəcək”.