İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiya XİN: Hər şeyi edəcəyik ki, Dağlıq Qarabağ düyününün açılmasını tezləşdirək

Rusiya XİN: Hər şeyi edəcəyik ki, Dağlıq Qarabağ düyününün açılmasını tezləşdirək

18.09.2015

Azərbaycan bizim təkcə siyasi sahədə deyil, iqtisadi və digər sahələrdə də tərəfdaşımızdır. İki ölkə arasında ən yüksək səviyyədə siyasi dialoq mövcuddur. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələr inkişaf edir. Ümid edirik ki, əlaqələrin bu səviyyəsi qorunub saxlanılacaq və inkişaf etdiriləcək”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib. M. Zaxarova Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunub: “Bildiyiniz kimi, Rusiya bu münaqişənin nizamlanması prosesinə aktiv şəkildə qoşulub. Biz bu sülh prosesinin məsul iştirakçısıyıq. Ona görə də, hər şeyi edəcəyik ki, Dağlıq Qarabağ münaqişəsi düyünün açılmasını tezləşdirək”.