İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Paraqvay parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib

Paraqvay parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib

18,09,2015

Paraqvay parlamenti Xocalı soyqırımını qınayan və Azərbaycan ərazilərinin işğalının dayandırılması üçün beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağıran qətnamə qəbul edib. Bunu Trend-ə diplomatik mənbədən bildiriblər.

Qətnamə deputatlar Esmerita Sançez de la Silva, Amado Florentinin dəstəyilə qəbul edilib. Parlamentin iclasının işində beynəlxalq müşavir Nikolas Sezar Benitas da iştirak edib.

Mənbə qeyd edib ki, bu qətnamə Azərbaycan və Paraqvay arasında əlaqələrin möhkəmləndirilməsi üzrə ilkin addım oldu.