İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Vaan Martirosyan: Sarkisyan rejimi öz qazancı üçün Azərbaycanın simasında düşmən obrazı yaradır

Vaan Martirosyan: Sarkisyan rejimi öz qazancı üçün Azərbaycanın simasında düşmən obrazı yaradır

18.09.2015

Serj Sarkisyanın cinayətkar rejiminə və Ermənistanda korrupsiyaya qarşı fəaliyyətinə görə, Ermənistanın “Milli Azadlıq Hərəkatı” ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyana hakimiyyət tərəfindən təzyiq göstərilib.

Trend-in məlumatına görə, bunu V.Martirosyan Bakıda mətbuat konfransında deyib.

V.Martirosyan qeyd edib ki, Sarkisyan rejimi öz qazancı üçün Azərbaycanın simasında düşmən obrazı yaradır və ölkə iqtisadiyyatını iflasa uğradıb.

Qeyd edək ki, V.Martirosyan Azərbaycandan siyasi sığınacaq istəmişdi.

V.Martirosyan Ermənistanda təqiblərə və təzyiqlərə məruaz qalmasından da danışıb:

"Mənim Ermənistanda təqib olunmağıma səbəb ictimai və hüquq müdafiəçisi kimi fəaliyyətlə məşğul olmağım olub. Məsələnin pik həddə çatması isə bu il avqustun 14-də Sarkisyanın yaxın dostunun mənə öz evimdə hücum etməsi oldu, ailəmin və yaşlı anamın qarşısında döyüldüm. Həyat yoldaşım döyülərək uşağımızı itirdi. Anama təzyiqlər başladı. Müxtəlif tibbi idarələrin əli ilə bizim döyülməməyimiz barədə saxta sənədlər hazırlandı”.

Xatırladaq ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.

V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.