İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Evelin Farkas: “Hәll olunmamış münaqişәlәr ABŞ hökumətini narahat edir”

Evelin Farkas: “Hәll olunmamış münaqişәlәr ABŞ hökumətini narahat edir”

19.09.2015

"ABŞ Müdafiә Katibliyi vә hökumәti olaraq hәll olunmamış münaqişәlәr bizi narahat edir”.

APA-nın mәlumatına görә, bunu Bakıda səfərdə olan ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini, xanım Evelin Farkas deyib.

O bildirib ki, Azәrbaycan, Gürcüstan, Ukrayna və Moldova ilə bağlı mәsәlәlərlә gündәlik mәşğul olur: "Tәəssüf ki, bütün bu münaqişәlәrin ortaq cәhәti var - güc tәtbiqi vә bu vaxtadək effektiv olmayan sәylәr vә fәaliyyәtlәr. Bu istiqamətdə yürütdüyümüz siyasət bizdən strategiya və düşünülmüş yanaşma tələb edir. Birlәşmiş Ştatlar olaraq daim vәziyyәtә nәzarәt edirik vә münaqişәlәri beynәlxalq qanunlara uyğun hәll etmək üçün yollar axtarırıq”.

E. Farkasın sözlərinə görə, Suriyadakı münaqişә vә onun nәticәsindә qaçqınların Avropaya axını göstərir ki, insanlara yaxşı gәlәcәk, hәyat vermәk üçün daha çox səylər göstərilməlidir: “Mәnim valideynlәrim dә qaçqın olublar vә Birlәşmiş Ştatlarda mәskunlaşıblar. Hәr zaman bu mәsәlәni diqqәtdә  saxlayırıq".

Pentaqon rәsmisi Rusiya sülhmәramlılarının Dağlıq Qarabağda yerlәşdirilmәsi mәsәlәsinә dә toxunub: "Rusiya ATƏT-in Minsk qrupu prosesində iştirak edən ölkədir. Bu proses Azәrbaycan vә Ermәnistan hökumәtlәri ilә birlikdә hәyata keçirilir. Belә bir plan olsa, Minsk qrupunun digәr üzvlәri ilә birlikdә şәffaf şәkildә nәzәrdәn keçirilәcәk".