İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İSESKO-nun baş direktoru Dağlıq Qarabağda keçirilən "seçkilər"i pisləyib

İSESKO-nun baş direktoru Dağlıq Qarabağda keçirilən

19.09.2015

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın işğal edilmiş ərazilərində sentyabrın 13-də qondarma separatçı rejimin "özünüidarə orqanları"na keçirilmiş "seçkilər"lə bağlı etiraz bəyanatı yayıb.

Əbdüləziz bin Osman əl-Tüveycrinin adından APA-ya daxil olan bəyanatda deyilir: "İSESKO işğalçı ölkə kimi tanınan Ermənistanın hər hansı suverenlik aktını həyata keçirmək səlahiyyəti olmadığını bildirir. Təşkilatımız işğal edilmiş Azərbaycan ərazilərində seçkilərin keçirilməsini, o cümlədən həmin seçkilərinBMT-nin Təhlükəsizlik Şurasının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının və İslam Əməkdaşlıq Təşkilatının müvafiq qətnamələrinə və beynəlxalq qanuna zidd olduğunu hesab etmişdir".

Baş direktor qeyd edib ki, İSESKO erməni qoşunları tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulmasını, o cümlədən məscid, abidələr və digər mədəni incilərin sistematik məhv edilməsini qəti şəkildə pisləyir.

Əbdüləziz bin Osman əl-Tüveycri növbəti dəfə Azərbaycana öz dəstəyini ifadə edərək qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək hüququnu özündə saxlayır.

O, əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü siyasəti, o cümlədən ölkənin birinci xanımı Mehriban Əliyevanın mədəniyyət, elm, təhsil, humanitar və digər vacib sahələrdə həyata keçirdiyi layihələri tam dəstəkləyir.

Əlavə edək ki, Əbdüləziz bin Osman əl-Tüveycrinin bəyanatı bir çox Şərq ölkələrində də dərc edilib.