İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Gürcüstan Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i tanımır

Gürcüstan Dağlıq Qarabağda keçirilən qondarma

21.09.2015

“Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq aləmdə tanınan sərhədləri çərçivəsində onun ərazi bütövlüyünü dəstəkləyir və 2015-ci ilin 13 sentyabr tarixində Dağlıq Qarabağda keçirilən qondarma "yerli özünüidarə orqanlarına seçkiləri" tanımır".

Trend-in məlumatına görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Gürcüstanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüququn prinsip və normaları çərçivəsində dialoqun davam etdirilməsini vacib hesab edir.