İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Fransa XİN: Özlərini Dağlıq Qarabağın rəsmləri kimi təqdim edən şəxslərlə münasibətlərimiz yoxdur

Fransa XİN: Özlərini Dağlıq Qarabağın rəsmləri kimi təqdim edən şəxslərlə münasibətlərimiz yoxdur

21.09.2015

Fransa yerli idarəetmə orqanlarının təşəbbüsləri Fransa dövlətinin mövqeyini əks etdirmir”.

APA-nın Avropa bürosunun xəbərinə görə, bunu ənənəvi onlayn mətbuat konfransında Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibliyindən bildiriblər.

“Tanınmamış Dağlıq Qarabağ rəsmləri ilə Fransanın yerli idarəetmə orqanları arasında əlaqələr var. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olduğu halda, həmin əlaqələr bu siyasətlə ziddiyyət təşkil etmirmi” sualına katiblikdən belə cavab verilib:

“Sizin nəzərdə tutduğunuz həmin təşəbbüslər Fransa Respublikasının prezidenti və xarici işlər və beynəlxalq inkişaf nazirinin ifadə etdiyi kimi, Fransanın mövqeyini əks etdirmir. Fransa yerli idarəetmə orqanlarının bu təşəbbüsləri Fransa hökuməti üzərinə öhdəlik qoymur. Bizim mövqeyimiz aydındır, biz Dağlıq Qarabağı tanımırıq və bizim özlərini Dağlıq Qarabağın rəsmləri kimi təqdim edənlərlə münasibətlərimiz də yoxdur”.