İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Paraqvayın Milli Konqresi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul edib

Paraqvayın Milli Konqresi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul edib

22.09.2015

Paraqvayın Milli Konqresinin Deputatlar Palatası Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə bağlı bəyanat qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir.

Sentyabrın 10-da Paraqvayın Milli Konqresinin Deputatlar Palatasının plenar iclasında qəbul edilmiş bəyanatda Dağlıq Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olduğunu bir daha təsdiq edilir, Azərbaycan Respublikasının ərazisinin Ermənistan Respublikası tərəfindən işğal edildiyi, Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilmiş hərbi əməliyyatların minlərlə insanın qətli, əsir və itkin düşməsi, məcburi köçkünə çevrilməsi ilə nəticələndiyi bildirilir.

Bəyanatda Paraqvay Deputatlar Palatası Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətini təsdiq edir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri və BMT Baş Məclisinin müvafiq sənədlərinə uyğun həllinə çağırır.

Paraqvay Deputatlar Palatası bu bəyanatla münaqişənin qurbanına çevrilmiş insanların ağrısını bölüşdüyünü qeyd edərək, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunduğu kimi sülh şəraitində birgə yaşayış, insan hüquqlarına hörmət və dialoqun vacibliyini bildirir.