İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Minsk qrupu ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyinə ümid edir

Minsk qrupu ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyinə ümid edir

22.09.2015

"ATƏT-in Minsk qrupunun həmsədrləri bu il Dağlıq Qarabağ münaqişəsi üzrə hərtərəfli sazişin bəzi elementləri ilə bağlı danışıqlarda irəliləyişə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyi azaltmağa nail ola biliblər". Bunu Trend-ə amerikalı həmsədr Ceyms Uorlik Minsk qrupunun ilin əvvəlindən bəri işinin yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, həmsədrlər BMT Baş Assambleyasının kuluarlarında Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlığı davam etdirmək məqsədilə iki ölkənin xarici işlər nazirlərinin görüşünü səbirsizliklə gözləyirlər: “Ümid edirik ki, prezidentlər bu ilin sonunadək görüşməyə razılıq verəcəklər. Həmsədrlər BMT Baş Assambleyası çərçivəsində iki ölkənin xarici işlər nazirləri ilə bu planları müzakirə edəcəklər. İki ölkənin prezidentlərinin görüşünü təşkil etməyə həmişə hazırıq”.

Rusiya və ABŞ arasında əlaqələrin kəskinləşməsinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsirini şərh edən C.Uorlik vurğulayıb ki, iki ölkə danışıqlar vasitəsilə sülh yolu ilə həll edilməli olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ümumi məqsədlərdə həmfikirdir: “ABŞ və Rusiya arasında əməkdaşlığın digər sahələrində mövcud olan fikirayrılığına baxmayaraq, Cənubi Qafqazı dəyişdirəcək uzunmüddətli tənzimləməyə nail olmaq üçün ümumi işimizdə irəliləyiş əldə etmək məqsədilə Minsk qrupu formatında sıx fəaliyyət göstəririk”.