İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhəddə vəziyyətlə bağlı bəyanat yayıb

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhəddə vəziyyətlə bağlı bəyanat yayıb

25.09.2015

"Ermənistanın bəzi elekton kütləvi informasiya vasitələri cəbhədəki vəziyyət, guya düşmən tərəfindən hansısa postumuzun dağıdılması və Silahlı Qüvvələrimizin itki verməsi ilə bağlı növbəti dəfə yalan məlumat yayıb".

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, bu kimi xəbərlərin heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.

Heç şübhəsiz ki, siyasi və hərbi iflasa uğramış Ermənistan hakimiyyətindəki kriminal rejim tərəfindən təkrarlanan bu kimi informasiyalar ilk növbədə cəbhədəki uğursuzluğa, canlı qüvvə sarıdan verdikləri itkilərə görə erməni ictimaiyyəti qarşısında bəraət qazanmaq, eyni zamanda həmsərhəd kəndlərdə Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdikləri cinayətləri gizlətmək məqsədi daşıyır.

Silahlı Qüvvələrimizin bölmələri Ermənistanla dövlət sərhədi boyu yerləşən daha üstün və əlverişli yüksəkliklərdəki mövqelərdən düşmənin istənilən hərbi obyektini darmadağın etmək, təmas xəttinin dərinliyində olan yaşayış məntəqələrini, kommunikasiya xətlərini tam nəzarətdə saxlamaq imkanına malikdir.

Erməni tərəfinin, xüsusilə erməni mülki əhalisinin nəzərinə bir daha çatdırmağı vacib sayırıq ki, Azərbaycan əsgəri yalnız mülki əhaliyə atəş açmamaq barədə əmr alıb. Digər hallarda hərəkət edən istənilən hərbi obyekt komandanlığın icazəsi gözlənilmədən məhv ediləcək. Bu səbəbdən də istənilən hərbi məqsədli vasitələrin mülki əhalinin olduğu yaşayış məntəqələrində yerləşdirilməsinə, qarşıdurma nəticəsində dinc sakinlərə vurulan ziyana görə məsuliyyət öz əhalisini məqsədyönlü surətdə girov saxlayan Ermənistan hakimiyyətinin üzərinə düşür. Dövlət sərhədində vəziyyətin gərginləşməsinə və erməni mülki əhalisinə dəyən ziyana görə Ermənistanın kriminal hərbi-siyasi rejimi məsuliyyət daşıyır", - deyə bəyanatda vurğulanır.