İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür

XİN: Vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür

25.09.2015

Vəziyyətin gərginləşməsinin səbəbi Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam etməsidir. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, BMT Baş Məclisinin 70-ci sessiyasının işə başlaması, sessiya çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin ciddi müzakirə olunduğu və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Nyu Yorkda danışıqlar aparıldığı dövrdə Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin Ermənistan tərəfindən gərginləşdirilməsi cəhdləri təxribat xarakteri daşıyır: "Məqsəd danışıqlar prosesinin irəliləməsinə mane yaratmaqdır".

XİN rəsmisi deyib ki, beynəxalq humanitar hüquq üzrə öhdəliklərini ciddi şəkildə pozaraq, Ermənistan Silahlı Qüvvələri tərəfindən qəsdən mülki şəxslərin hədəf seçilməsi davam etdirilir: "Ermənistanın son belə təxribatı nəticəsində sentyabrın 23-də Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kəndinin mülki sakini Dursunova Esmira Aslan qızı yaralanıb".

O bildirib ki, Ermənistan atəş məntəqələrini qəsdən mülki obyektlərin içərisində və yaxınlığında yerləşdirərək və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açaraq, cavab atəşi ilə mülki şəxsləri hədəf obyekti etmək cəhdi kimi qeyri-insani taktika seçib: "Terrorçulara xas olan və mülki obyektləri və şəxsləri özünə sipər seçən bu taktika ilk növbədə Ermənistan vətəndaşlarına qarşı hərbi cinayətdir".

H.Hacıyev vurğulayıb ki, Azərbaycan Respublikası Cenevrə konvensiyaları və əlavə protokollar üzrə öz üzərinə götürdüyü öhdəliklərinə sadiqdir: "Ermənistandan fərqli olaraq, Cenevrə konvensiyaları və əlavə protokollar üzrə üzərinə düşən öhdəliklər Azərbaycan Silahlı Qüvvələrinin məcburi təlim-tədris proqramının tərkib hissəsidir. Ümumiyyətlə, mülki şəxslərin qorunması, qadın, uşaq və qocalara yardım edilməsi və qayğı Azərbaycan xalqının və Azərbaycan əsgərinin malik olduğu yüksək mənəvi-əxlaqi dəyərdir".

XİN rəsmisi deyib ki, Ermənistanın Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə siyasəti, Xocalı soyqırımı, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki Azərbaycan əhalisinin hədəfə alınması və hətta öz vətəndaşlarının hərbi məqsədlərlə sipər və təxribat obyekti kimi istifadə etməkdən belə çəkinməmək Ermənistanın hərbi-siyasi rəhbərliyinin davamlı hərbi və insanlıq əleyhinə cinayət əməllərinin tərkib hissəsidir: "Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəsin pozulması və vəziyyətin gərginləşməsinin səbəbi Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam etməsidir. Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı davam etdiyi halda, vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət işğalçı dövlət kimi Ermənistanın üzərinə düşür".

no comment