İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səfir: “Pakistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir”

Səfir: “Pakistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir”

26.09.2015

APA-nın məlumatına görə, səfir rayon icra T. Zeynalov və millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Şəhidlər Xiyabanını ziyarət edib.

Şəhidlərin ruhlarına dualar oxunub və səfirə rayonun qəhrəman şəhidləri barədə geniş məlumat verilib. Sonra səfir Q. Paşayeva ilə birlikdə rayonun Ermənistanla sərhəddə yerləşən Ağdam, Əlibəyli və Hacallı kəndlərini ziyarət edib, sakinləri Qurban bayramı münasibəti ilə təbrik edib.

Görüşlər zamanı kənd sakinləri və millət vəkili Q. Paşayeva Ermənistanın törətdiyi vandalizm aktları barədə geniş məlumat veriblər.

Ağdan kəndində səfirə Ermənistan silahlılarının qeyri-insanı hərəkətləri,  insanların snayperlərlə hədəfə alınaraq neçə illərdir kənd qəbiristanlığını ziyarət etmələrinə imkan verməmələri, həmin qəbiristanlıqda yerləşən tarixi, dini abidələri yandıraraq məhv etmələri barədə geniş məlumatlar verilib. Bildirilib ki, köhnə qəbiristanlıqda qalan “Alı Dədə” ziyarətgahına getmək mümkün deyil və Ermənistan silahlı qüvvələri dəfələrlə qəbiristanlığı yandırıb, orada yerləşən tarixi-dini abidələrə ciddi ziyan vurub.

Pakistan səfiri həmçinin Tovuzun  girişində  yerləşən  “Qala” abidə kompleksini ziyarət edib, habelə rayon ərazisində ilk yaşayış məskəni olan qədim “Göytəpə” yaşayış məskəni ilə tanış olub.

Jurnalistlərin suallarını cavablandıran X. Qeysər ailə üzvləri ilə birgə Tovuza ilk səfərindən məmnun olduğunu bildirib. “Mən bu gün ön cəbhə xəttində oldum, regionla bağlı çox geniş məlumat əldə etdim. Pakistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir  və Azərbaycan torpaqlarını işğal altında saxladığı üçün bu günə qədər Ermənistanla heç bir diplomatik münasibətlər qurmur. Pakistanın qardaş, dost Azərbaycana bu istiqamətdə beynəlxalq təşkilatlarda da dəstəyi bundan sonra da hər zaman davam edəcək”, - deyə o vurğulayıb.

Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini vurğulayan X. Qeysər ölkəsinə Kəşmir məsələsində göstərilən dəstəyə görə Azərbaycan xalqına minnətdar olduğunu bildirib.

Q. Paşayeva isə dost Pakistanın bütün beynəlxalq platformalarda Azərbaycana yüksək dəstəyi, Azərbaycan-Pakistan münasibətlərinin bütün istiqamətlərdə inkişafı barədə danışıb, Azərbaycan həqiqətlərinin Pakistan cəmiyyətinə daha geniş çatdırılması istiqamətdə görülən işlər barədə məlumat verib.