İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elmar Məmmədyarov: “Ermənistanın əsl məqsədi danışıqlar prosesinə xələl gətirməkdir”

Elmar Məmmədyarov: “Ermənistanın əsl məqsədi danışıqlar prosesinə xələl gətirməkdir”

28.09.2015

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasındakı əlaqələrin, xüsusilə enerji layihələri üzrə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

E. Məmmədyarov TANAP və TAP qaz boru xəttinin inşasının uğurla davam etdirildiyini qeyd edərək, bu layihələrin keçəcəyi ölkələr və regionlar boyunca əməkdaşlığa, yeni iş yerlərinin açılmasına və inkişafa xidmət edəcəyini və regionun enerji mənzərəsini dəyişəcəyini vurğulayıb.

N. Kotzias isə Azərbaycan və Yunanistan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün bir çox sahələrdə geniş imkanların mövcudluğunu qeyd edib. Rəsmi səfərlərin və hökumətlərarası komissiyaların önəmindən danışan yunanıstanlı nazir siyasi məsləhətləşmələr aparmaq məqsədilə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

Görüşdə həmçinin E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqların son vəziyyəti ilə bağlı məlumat verib. O, Ermənistanın müxtəlif təxribat əməlləri vasitəsilə qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyəti gərginləşdirməsi, atəşkəs rejimini intensiv şəkildə pozması faktlarını qeyd edərək, Ermənistanın əsl məqsədinin danışıqlar prosesinə xələl gətirmək, işğal və təcavüzə əsaslanan mövcud “status-kvo”nu davam etdirmək olduğunu vurğulayıb.

Sonra miqrant problemi və turizm sahəsində əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.