İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səfirdən ənənəvi bəyanat: ABŞ təmas xəttində gərginliyin artmasından narahatdır

Səfirdən ənənəvi bəyanat: ABŞ təmas xəttində gərginliyin artmasından narahatdır

28.09.2015

ABŞ Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasından dərin narahatdır. Trend-in məlumatına görə, bunu Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta son günlərdə cəbhədəki vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, hər iki tərəfin danışıqlar aparmaq üçün görüşməsi vacibdir: "ATƏT-in Minsk qrupunun həmsədrləri iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etdilər və biz ilin sonunadək dövlət başçılarının görüşəcəyinə ümid edirik".

Səfir qeyd edib ki, ən əsası, münaqişənin dinc həlli yolunu tapmaq üçün birlikdə işləməkdir.