İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ATƏT sədri danışıq prosesinin irəliləməsi üçün Azərbaycana və Ermənistana çağırış etdi

ATƏT sədri danışıq prosesinin irəliləməsi üçün Azərbaycana və Ermənistana çağırış etdi

29.09.2015

ATƏT-in sədri, Serbiya xarici işlər naziri İvitsa Daçiç ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Trend ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, İvitsa Daçiç Azərbaycan və Ermənistanın təmas xəttində son vəziyyət və Azərbaycan və Ermənistan rəsmiləri ilə aparılan danışıq prosesi barədə məlumatlandırılıb.

Daçiç təmas xəttində son eskalasiyanı qətiyyətlə pisləyib, və tərəfləri maksimal təmkinliliyi göstərməyə çağırıb.

ATƏT-in sədri həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizama salması üçün tərəfləri danışıq prosesinin irəliləyişinə çağırdı.

Sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb.

Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.