İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

"Western Union"un prezidenti: "Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistanı deyil, Azərbaycanı seçdik"

29.09.2015

"Dağlıq Qarabağ münaqişəsi səbəbindən biz Azərbaycanla Ermənistan bazarı arasında seçim etmək məcburiyyətində qaldıq və biz Azərbaycanı seçdik".

"APA-Economics"in məlumatına görə, bunu Rusiyanın "Vedomosti" qəzetinə müsahibəsində "Western Union" şirkətinin prezidenti Hikmət Ersek deyib.

"Hər iki ölkənin Mərkəzi Bankı bizim qarşımızda seçim qoydu: biz bu iki ölkədən yalnız birində fəaliyyət göstərə bilərdik. Təbii ki, mən istərdim ki, biz Ermənistanda da işləyək, lakin biz şəraitə uyğunlaşmalıyıq. Ermənistan razılaşsaydı, biz sabahdan etibarən orada biznesimizi qurmağa başlayardıq", - deyə H. Ersek bildirib.