İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənilər Azərbaycan ərazilərini yandırıcı güllələrlə atəşə tutub

Ermənilər Azərbaycan ərazilərini yandırıcı güllələrlə atəşə tutub

30.09.2015

Ermənilər Azərbaycanın Ağdam rayonunda kəndləri yandırıcı güllələrlə atəşə tutub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən gecə ermənilərin açdığı atəş nəticəsində Ağdamın Hacıməmmədli kəndi sakini Yavər Vəliyevə məxsus ot tayasında yanğın başlayıb.

Ərazi Ermənistan Silahlı Qüvvələrinin mövqelərindən tam müşahidə olunduğundan yanğına müdaxilə etmək mümkün olmayıb. Nəticədə 200 bağlama ot tamamilə yanaraq, külə dönüb. Alov yaxınlıqdakı tiklilərə keçməyib.