İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında görüş keçirilib

Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında görüş keçirilib

30.09.2015

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ilə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı Ukraynadakı vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb. E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək, münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həll edilməli olduğunu deyib. GUAM çərçivəsində əməkdaşlığın region dövlətləri arasında əlaqələrin inkişafında vacib rol oynadığını qeyd edən nazir təşkilat daxilində humanitar və iqtisadi sahədə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu bildirib.

E. Məmmədyarov ukraynalı həmkarını Azərbaycana səfərə dəvət edib. Ukraynalı nazir dəvəti məmnuniyyətlə qəbul etdiyini söyləyib.