İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Olland Ermənistan-Azərbaycan sərhədində insidentlərə imkan verməməyə çağırıb

Olland Ermənistan-Azərbaycan sərhədində insidentlərə imkan verməməyə çağırıb

30.09.2015

“Fransa bütün maraqlı tərəfləri bundan sonra Azərbaycan-Ermənistan sərhədində insidentlərin yaşanmasında imkan verməməyə çağırıb”.

APA-nın məlumatına görə, bu barədə BMT Baş Assambleyasındakı çıxışından sonra keçirdiyi mətbuat konfransında Fransa prezidentiFransua Olland deyib.

Fransanın sərhəddə baş verən son hadisələrə reaksiyası ilə bağlı sualı cavablandıran prezident bildirib ki, rəsmi Paris hadisələrlə bağlı məsuliyyət hiss edir: “Çünki Fransa müharibə zamanı və ondan sonra çoxsaylı itkilərə səbəb olmuş münaqişənin həlli yolunu axtaran strukturun həmsədridir. Buna görə də biz bütün maraqlı tərəflərdən xahiş edirik ki, sərhəddə insidentlərin baş verməsinə imkan verməsinlər. Vasitəçiliyimizi davam etdirməyə çalışırıq”.

Ermənistan və Azərbaycanda səfərdə olduğunu deyən Fransa prezidenti qeyd edib ki, bu ölkələrə səfər etməkdə məqsədi Qarabağ münaqişəsinin davamlı həllini tapmaq üçün çağırışlar etmək olub.