İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Separatçı rejim Robert Volterin Dağlıq Qarabağa səfər etmək üçün müraciətinə rədd cavabı verib

Separatçı rejim Robert Volterin Dağlıq Qarabağa səfər etmək üçün müraciətinə rədd cavabı verib

04.10.2015

AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Volterin Dağlıq Qarabağa səfər etmək barədə müraciətinə Azərbaycan ərazilərini işğal altında saxlayan separatçı rejim tərəfindən mənfi cavab verilib.

APA-nın məlumatına görə, bu barədə özünü Dağlıq Qarabağdakı separatçı rejimin "xarici işlər nazirinin müavini" adlandıran Armine Aleksanyan “Azadlıq” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, R.Volter bu il sentyabrın 22-də onlara məktubla müraciət edərək, hesabat hazırlamaq üçün Qarabağa səfər etməsinə şərait yaradılmasını istəyib. Lakin müraciət qəbul olunmayıb.

Separatçı rejimin nümayəndəsi əsasən hesabatın “Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” adlandırılmasına etiraz etdiklərini deyərək, bu adın münaqişənin yalnız tək tərəfin mövqeyini ifadə etdiyini bildirib.

Xatırladaq ki, R. Volter  “Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” adlı hesabat hazırlamaq üçün sentyabrın 15-də Azərbaycan tərəfdən Dağlıq Qarabağa - təmas xəttinə fakt-araşdırıcı səfər edib.

Onun yaxın vaxtlarda təmas xəttinin digər tərəfinə səfər edəcəyi bildirilirdi.