İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Türkiyə Baş Qərargah rəisi Azərbaycanın ərazi bütövlüyünə qarşı ikili standartları qəbul etmir

Türkiyə Baş Qərargah rəisi Azərbaycanın ərazi bütövlüyünə qarşı ikili standartları qəbul etmir

 

06.10.2015

Türkiyə Azərbaycanın ərazi bütövlüyünə qarşı ikili standartları qəbul etmir. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə tam hörmət çərçivəsində və beynəlxalq hüquqa uyğun şəkildə nizamlanması üçün Türkiyənin dəstəyi davam edəcək.

Bunu Trend-ə müsahibəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar deyib.

Onun sözlərinə görə, Türkiyə beynəlxalq ictimaiyyətin Ukrayna problemində göstərdiyi həssaslığı Dağlıq Qarabağ münaqişəsində də göstərməsini gözləyir.

H.Akar qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) (“Çıraqov və digərlərinin Ermənistana qarşı" işi) 2015-ci ilin iyun ayında çıxarmış olduğu qərar Azərbaycanın mövqeyinin haqlı olduğunu bir daha göstərdi və önəmli dönüş nöqtəsi oldu: “AİHM həm Ermənistanın haqsız mövqeyini təsbit etdi, həm də bu ölkənin münaqişədə əsas məsuliyyət daşıdığını ilk dəfə hüquqi baxımdan sübut etdi”.