İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Qvatemala parlamenti Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edib

Qvatemala parlamenti Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edib

08.10.2015

Qvatemala parlamenti Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edib.

APA-nın məlumatına görə, Qvatemala Konqresinin 6 oktyabr tarixindəki iclası zamanı müzakirə olunan məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımı aktları olub.

Xocalı faciəsi ilə bağlı qətnamə səs çoxluğu ilə qəbul edilib. Qətnamədə qeyd olunub ki, 20 faiz Azərbaycan torpaqlarının işğalı zamanı 30 min Azərbaycan vətəndaşı öldürülüb, 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.