Mövzuya dair digər materiallar:
Ermənilər Ağcabədi rayonunu atəşə tutdu, 1 nəfər yaralandı
Azərbaycan Prezidenti: Ermənistanı bütün regional layihələrdən təcrid etmək siyasətini davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq
Dövlət başçısı: "Dünya birliyinə çatdırırıq ki, nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır"
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
Arizona Senatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyannamə qəbul edib
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüb
XİN: Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir
Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri ikiqat və ya üçqat artırmaq lazımdır
Rusiya XİN: Dağlıq Qarabaq münaqişəsinin tərəfləri bir-birinə qarşı etibarsızlıqdan imtına etməlidir
BMT Baş Assambleyasının sədri Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun rolu barədə
15.10.2015
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən “İrəvan - bizim qala. 2- ci mərhələ” adlı layihə icra edilmişdir.
7- 8 oktyabr 2015 – ci ildə İsmayıllı rayonunda, 9 -10 oktyabr 2015 – ci il tarixlərində Şəki şəhərində və 12- 13 oktyabr 2015 – ci il tarixlərində Masallı rayonunda həyata keçirilən layihə gənclər tərəfindən maraqla qarşılanmışdır. Azərbaycanda gənc nəslin İrəvan, Qərbi Azərbaycan haqqında bilikləri zəifdir və tələblərə cavab vermir. Bəzən müxtəlif beynəlxalq tədbirlərdə gənclərin iştirakı zamanı məlumatsılıq özünü pis tərəfdən göstərir. Ona görə də biz dədə - baba torpaqlarımızın tarixini gənclərimiz arasında təbliğ etmək qərarına gəldik. Bu haqda layihənin rəhbəri Nurəddin Mehdiyev qeyd etmişdir.
Layihənin məqsədi yeniyetmə və gənclərin Azərbaycan tarixi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycan – İrəvan haqqında məlumatlılığının artırılması, yalan erməni təbliğatına qarşı gənc nəsil tərəfindən töhvə verilməsi, tarixi həqiqətlərin İnternet məkanında tanıdılmasına xidmət etmək, gənc nəslin vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsidir. Layihə çərçivəsində iştirakçı gənclərə İrəvan tarixinə dair vizual görüntülü dərslər, Qərbi Azərbaycan tarixi haqqında maarifləndirici seminarlar, erməni yalanlarına qarşı sosial şəbəkələrdə fəaliyyət haqqında seminarlar keçirilmiş, İrəvan tarixi ilə bağlı foto və video materiallar nümayiş olunmuşdur. İrəvan və Qarabağ haqqında tanınmış resusrlar gənclərə tanıdılmışdır.
Seminarlar tarixçi Səbuhi Hüseynov tərəfindən aparılmışdır. Seminar -dərslər aşağıdakı mövzuları əhatə etmişdir:
• İrəvan – qədim Azərbaycan torpağı
• İrəvan – tarixi faktlar
• İrəvanın tarixi memarlıq abidələri
• İrəvan əhalisi
• Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti
Aparılan interaktiv müzakirələrdə gənclər aktiv iştirak etmişlər. Hər bir regionda 2 gün ərzində davam edən layihə fəaliyyətinə adı çəkilən bütün regionlar üzrə birbaşa və dolayı yol ilə 3 000 gəncin cəlb olunması nəzərdə tutulmuşdur.
Layihə iştirakçıları tarixi faktların öz əksini tapdığı bukletlər, yazılı köynəklər və digər paylama materialları təmin olunmuşdur. İrəvan tarixi ilə bağlı nəşr - poliqrafiya məhsulları iştirakçılara paylanmışdır. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Xatırladırıq ki, layihənin ilk mərhələsi bu ilin birinci yarsında Azərbaycanın Sabirabad, Biləsuvar, Aqstafa bögələrində həyata keçirilmişdir