İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Belarus Prezidenti MDB-ni Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırır

Belarus Prezidenti MDB-ni Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırır

16.10.2015

Belarus Prezidenti Aleksandr Lukaşenko MDB-nin postsovet məkanında ciddi problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə başlamağa çağırır. Trend-in "Belta" agentliyinə istinadən verdiyi məlumata görə, bunu A.Lukaşenko Qazaxıstanda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilmiş iclasında deyib.

Onun sözlərinə görə, MDB əsas problemləri həll edərsə, təşkilatın nüfuzu olacaq və ona tələbat artacaq. A.Lukaşenko həmin problemlər qismində Dağlıq Qarabağ, Dnestryanı və Ukraynadakı münaqişələri göstərib.

A.Lukaşenko bildirib: "Biz hətta bu məsələlərdən utanaraq yayınırıq. Sanki vərdiş etmişik ki, amerikalılar, Avropa İttifaqı və kimsə gələrək bizə bu problemi hansı istiqamətdə həll etməyi göstərəcək və ya onu bizim yerimizə həll edəcək".