İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycanda əhalinin əksəriyyəti Dağlıq Qarabağ münaqişəsini ölkənin əsas problemi sayır - SORĞU

Azərbaycanda əhalinin əksəriyyəti Dağlıq Qarabağ münaqişəsini ölkənin əsas problemi sayır - SORĞU

19.10.2015

“Opinionway” yenilikçi araşdırma şirkəti 2015-ci il parlament seçkiləri ərəfəsində Azərbaycanda ictimai rəy sorğusu keçirib. Sorğuda Azərbaycan vətəndaşı olan yetkinlik yaşına çatmış 1200 nəfər arasında  aparılıb.

APA-nın şirkətin saytına istinadən verdiyi məlumata görə, sorğuda iştirak edən respondentlərin 58%-i hazırda Azərbaycanda işlərin düzgün istiqamətdə aparıldığını qeyd edib. Səhv istiqamətdə deyənlərin sayı 22,9%-dir. 19,1 %-i isə suala cavab vermək istəməyib.

“Son illər Azərbaycan iqtisadiyyatının vəziyyəti necə dəyişməkdədir” sualına respondentlərin 54,1%-i “Yaxşılaşır”, 28,2%-i “Dəyişmir”, 9,3%-i “Pisləşir” cavabını verib. Respondentlərin 8,4%-i suala cavab verməyə çətinlik çəkib.

“Aşağıda qeyd edilən sahələrin hazırkı vəziyyətindən siz nə qədər razısınız” sualına respondentlərin cavabları belə olub:

- Milli təhlükəsizliyin təmin olunması – 71,4% “Çox razıyam”, 10,8% – “Razı deyiləm”, 17,8% – “Bilmirəm”

- Cinayətkarlıqla mübarizə - 68,4% - “Çox razıyam”, 16,9% – “Razı deyiləm”, 14,7% – “Bilmirəm”

- İnsan haqlarının vəziyyəti - 69,8% - “Çox razıyam”, 12,5% – “Razı deyiləm”, 17,7% – “Bilmirəm”

- Təhsilin səviyyəsi - 48,8% - “Çox razıyam”, 41,3% – “Razı deyiləm”, 9,9% – “Bilmirəm”

- Korrupsiya ilə mübarizə - 71,2% “Çox razıyam”, 18,1% – “Razı deyiləm”, 10,7% – “Bilmirəm”

- İş əldə etmək imkanları – 51.8% “Çox razıyam”, 11,8% – “Razı deyiləm”, 18,2% – “Bilmirəm”

“Azərbaycan Respublikasında siyasi sistemin fəaliyyətindən nə dərəcədə razısınız” sualına respondentlərin 50,8%-i “Çox razıyam”, 21,9 %-i “Qismən razıyam”, 14,7 %-i – “Razı deyiləm”, 12,6 %-i isə “Bilmirəm” cavablarını verib.

“Prezident İlham Əliyevin Prezident kimi öz vəzifələrinin icrası sizi nə dərəcədə qane edir” sualını cavablandıran respondentlərin 78,8 %-i “Çox qane edir”, 11,8 %-i – “Qismən qane edir”, 5 %-i – “Qismən qane etmir”, 2,9 %-i – “qətiyyən qane etmir” cavablarını qeyd edib. 1,5 % respondent “bilmirəm” cavabı verib.

Suala 2 cavab qeyd etmək imkanında olan respondentlər “Fikrinizcə, Azərbaycanda hazırda mövcud olan ən vacib problemlər hansılardır” sualına bu cavabları veriblər:

Dağlıq Qarabağ - 66,5 %,

- İqtisadi – 30,8 %,

- Təhsil - 23,3 %,

- Ətraf mühit – 11,7 %,

- İnsan haqları – 9,0 %,

- Vergilərin çoxluğu – 8,5 %,

- Milli təhlükəsizlik – 1,7 %,

- Bilmirəm – 6,3 %

1 noyabrda keçiriləcək Milli Məclisə seçkilər ərəfəsində aparılan seçki kampaniyası "Sizin üçün nə dərəcədə maraqlıdır" sualına respondentlərin cavabları belə olub:

- Çox maraqlıdır - 41,2 %,

- Qismən maraqlıdır - 35,3 %,

- Demək olar ki, maraqsızdır - 9,6 %,

- Heç maraqlı deyil - 11,5 %,

- Bilmirəm - 2,4 %

Sorğuya qatılan respondentlərin 63%-i 1 noyabr seçkilərində mütləq iştirak edəcəyini, 12 %-i – ola bilsin ki, iştirak edəcəyini, 7,7 %-i ola bilsin ki, iştirak etməyəcəyini, 9 %-i isə qətiyyən iştirak etməyəcəyini bildirib. 8,3 % isə bu barədə hələ qərar vermədiyini deyib.

“Yaşadığınız seçki dairəsindən seçilmiş deputatın öz vəzifələrinin icrası sizi nə dərəcədə qane edir” sualına 39,6 % Tam qane edir, 33,8 % – qismən qane edir, 10,8 % – qismən qane etmir, 9,8 %-i – qətiyyən qane etmir, 6 %-i isə bilmirəm cavablarını verib.

Milli Məclisə keçiriləcək seçkilərdə hansı siyasi qüvvənin namizədini dəstəkləmək fikrindəsiniz” sualını respondentlər aşağıdakı cavabları veriblər:

- İqtidar və ya iqtidaryönlümü partiyanın namizədini - 71,7 %

- Müxalifət partiyasının namizədini - 6,0%

- Bitərəf namizədi - 16,4%

- Bilmirəm - 5,9%

Respondentlərin 71 %-i “Milli Məclisə keçirilən son seçkilərdən sonrakı dövrə baxaraq eyni deputatın seçilməsini, 22,3 %-i - başqa bir deputatın seçilməsini istəyir. 6,7 % respondent isə suala cavab verməyə çətinlik çəkib.

“Sizin əsas məlumat mənbəyiniz hansılardır” sualına respondentlər aşağıdakı cavabları veriblər:

- İqtidaryönlü qəzetlər – 31,1 %

- Müxalifətyönlü qəzetlər - 11%

- Müstəqil qəzetlər - 28,4%

- Azərbaycan Televiziyası (AzTV) - 41,0%

- İctimai kanal - 38,3%

- Özəl televiziya kanalları - 67,9%

- Dövlət radio dalğaları - 17,4%

- Özəl radiolar - 9,5%

- İnternet - 35,8%

- Müxtəlif insanlar - 24,4%.

no comment